Şirkət
Pareks Lizing and Faktorinq şirkəti 2005-ci ildən fəaliyyət göstərir və dinamik şəkildə inkişaf edərək, qısa müddət ərzində əhəmiyyətli lizinq portfeli yarada bilmişdir. Hal-hazırda biz minik və yük avtomobillərinin, avtobusların, xüsusi texnikanın və avadanlığın sərfəli şərtlərlə və minimum sənədləşmə ilə lizinq vasitəsilə əldə edilməsi ilə bağlı xidmətlərin geniş spektrini təqdim edirik.
Bizimlə birgə əməkdaşlıq etmək.
Siz, xidmətlərimizdən istifadə edərək, ilkin olaraq lizinq predmetinin dəyərinin yalnız 20-30%-ni ödəmək şərti ilə onun sahibi olursunuz. Bundan başqa, Siz qanunla nəzərdə tutulan əlavə üstünlüklərdən istifadə edirsiniz:
- Sizdə əmlakdan istifadə etmək üçün onu mülkiyyətinizə almaq zərurəti yaranmır.
- Siz dövriyyədən xeyli miqdarda vəsait çıxarmalı olmursunuz, xərcləriniz yalnız cüzi miqdarda ilkin ödənişin həyata keçirilməsi ilə məhdudlaşır.
- Təsərrüfat fəaliyyətinizin xüsusiyyətlərindən və gözlənilən gəlirlərdən asılı olaraq, Sizin üçün çevik ödəniş qrafiki (əsas və xətti annuitet) işlənib hazırlana bilər.
- Sizdən istənilən kreditləşmə zamanı məcburi olan əlavə girov tələb olunmur.
- Sizin maliyyə göstəriciləriniz mənfi istiqamətə doğru dəyişməyəcək, çünki alınmış lizinqlə bağlı uzunmüddətli öhdəlikləriniz balansda əks olunmayacaqdır.
- Siz lizinqə əmlak götürmək üçün əldə edilən əmlakın dəyərinə bərabər böyük miqdarda təmiz gəlirə malik olmalı deyilsiniz.
- Siz bütün lizinq ödənişlərini xərclərə aid edərək, bununla da vergi bazasını minimallaşdıra bilərsiniz.
- Bütün lizinq müddəti boyunca əmlak Sizin balansınızda olur, lizinq müddəti bitdikdən sonra mülkiyyət hüququ sizin adınıza keçir.
Şirkətin üstünlükləri
- Bakıda avtosalonlar və dilerlərlə tərəfdaşlıq proqramlarının yaradılması;
- Pareks Lizing and Faktorinq-ə müraciət edən şirkətin maliyyə vəziyyətinin pulsuz təhlili;
- Məxfiliyə zəmanət vermək;
- Fərdi idarəetmə sistemi;
- Bizim mütəxəssislərimiz müştərilərimizin tələblərinə məsuliyyətlə və həssaslıqla yanaşırlar və meydana gələn məsələlərin həllində hər zaman yardım etməyə hazırdırlar;
- Sənədlərin tərtib edilməsinin sadələşdirilmiş və aydın qaydası;
- Qeyri –standart vəziyyətlərdə Müştərilərin hər zaman dəstəklənməsi;
- Xüsusilə sərfəli kredit şərtləri;
- Müştərilərimizin hər birinin təlabatlarına xüsusi yanaşma.
Bizim tərəfdaşlar