Lizinq haqqında |
 |
Lizinq (maliyyə icarəsi)- təsərrüfatı fəaliyyəti üçün müəssisələrin, həmçinin şəxsi və ya ailə ehtiyacları üçün fiziki şəxslərin maliyyələşdirilməsinin kifayət qədər yeni formasıdır. "Lizinq" sözü ingilis mənşəlidir və "to lease" felindən əmələ gələrək - əmlakı müvəqqəti istifadəyə götürmək və vermək mənasını verir. Bütövlükdə, lizinq anlayışını müvəqqəti sərbəst və ya cəlb edilmiş borc vəsaitlərinin kapitala qoyulmasına yönəldilmiş investisiya fəaliyyəti kimi qiymətləndirmək olar ki, bu zaman maliyyə icarəsi (lizinq) müqaviləsinə əsasən lizinq verən müqavilə ilə razılaşdırılan əmlakı müəyyən satıcıdan mülkiyyətə almağı və sahibkarlıq və ya şəxsi məqsədlər üçün müəyyən ödənişlə lizinq alana müvəqqəti istifadəyə verməyi öhdəsinə götürür.
- Lizinq fəaliyyəti - əmlakın alınması və onun lizinqə verilməsi ilə bağlı investisiya fəaliyyəti növüdür.
- Lizinq şirkətləri (firmaları) Azərbaycan Respublikası qanunvericiliyinə və öz təsis sənədlərinə müvafiq olaraq lizinq verən funksiyasını yerinə yetirən kommersiya təşkilatlarıdır (Azərbaycan Respublikasının rezidentləri).
- Lizinq müqaviləsi – elə bir müqavilədir ki, ona əsasən lizinq verən lizinq alanın müəyyən satıcıdan seçdiyi əmlakı mülkiyyətə almağı və həmin müəyyən ödənişlə və sonuncuya əmlaka dair mülkiyyət hüququnu vermək şərtilə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürür.
- Lizinq müqaviləsinin predmeti – qüvvədə olan təsnifata əsasən əsas vəsaitlərə aid edilən istənilən daşınar və daşınmaz əmlak, mülki dövriyyədən çıxarılmış və ya məhdudiyyət qoyulmuş obyektlər istisna olmaqla.
- Lizinq verən – lizinq müqaviləsinin reallaşdırılması prosesində cəlb edilmiş vəsaitlər və (və ya) şəxsi vasaitləri hesabına əmlakı mülkiyyətə alan və onu lizinq predmeti kimi müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq alana müvəqqəti istifadəyə və lizinq müddəti bitdikdə mülkiyyət hüququnun lizinq alana keçməsi şərtilə istifadəyə verən hüquqi şəxsdir.
- Lizinq alan – lizinq müqaviləsinə əsasən lizinq predmetini müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürməyə borclu olan fiziki və ya hüquqi şəxsdir.
- Satıcı – lizinq verənlə alqı-satqı müqaviləsinə əsasən lizinq alanın seçdiyi əmlakı şərtləşdirilmiş müddətdə satan fiziki və ya hüquqi şəxsdir. Sadəcə alqı-satqı müqaviləsinə əsasən lizinq predmetini lizinq verənə və lizinq alana verməyə borcludur.
- Sığortaçı – bir qayda olaraq, lizinq verənin partnyoru olan sığorta şirkətidir. O, lizinq əqdində iştirak edir və lizinq predmeti ilə bağlı əmlak, nəqliyyat və digər risklərin sığotrasını həyata keçirir.
- Sublizinq – sublizinq zamanı lizinq alan lizinq müqaviləsinə əsasən əvvəllər lizinq verəndən lizinq müqaviləsinə əsassən aldığı və lizinq predmetini təşkil edən əmlakı sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə və qiymətə üçüncü şəxslərin istifadəsinə verir (sublizinq müqaviləsinə əsasən lizinq alanlara).
|