Pareks Lizing and Faktoring
www.parexgroup.com www.parex.ru www.parex.lv www.parexam.ru
По-русски
Şirkət haqqındaLizinq  haqqındaLizinq proqramlarıXüsusi təklif Kontaktlar
Ana səhifə / Şirkət haqqında

Şirkət haqqında

Версия для печати

Parex Lizinq and Faktoring şirkəti öz fəaliyyətini 2005-ci ildən həyata keçirir, lakin dinamik inkişaf edərək qısa müddət ərzində geniş lizinq portfeli yarada bilmişdir. Biz hal-hazırda sərfəli şərtlər və minimal formallıqlarla minik və yük avtomobillərinin, avtobusların, xüsusi texnikanın və avadanlığın lizinqlə əldə edilməsi ilə bağlı geniş spektrli təklif edirik.

Bizim xidmətlərdən istifadə edərkən, Siz ilkin olaraq lizinq predmetinin dəyərinin 20-25%-ni ödəməklə onun sahibinə çevrilirsiniz. Bundan əlavə, Siz qanunvericiliklə nəzərdə tutulmuş bir sıra üstünlüklərdən istifadə edirsiniz:

  • Sizdə əmlakdan istifadə etmək üçün onu almağa zərurət yaranmır.
  • Lizinqin predmeti olan əmlakınıza maliyyə problemləri ilə bağlı həbs qoyula bilməz, bu, avadanlığın ayrı şirkətdə saxlanılması praktikasına alternativ kimi istifadə oluna bilər.
  • Siz, avansın ödənilməsi üçün kiçik məsrəflərlə məhdudlaşaraq, dövriyyədən böyük məbləğdə vəsaiti çıxarmamalısınız.
  • Sizin təsərrüfat fəaliyyətinizin və gözlənilən gəlirlərin xüsusiyyətindən asılı olaraq, Sizin üçün qaytarılma qrafiki tərtib oluna bilər.
  • İstənilən kreditləşdirilmədə məcburi olan əlavə girov Sizdən tələb edilməyəcək.
  • Sizin maliyyə göstəriciləriniz pisləşməyəcək, çünki aldığınız kreditlə bağlı uzunmüddətli öhdəliklər balansda heç cür əks olunmayacaq.
  • Əmlakı əldə etmək ümün Siz bu əmlakın dəyərinə bərabər böyük xalis gəlirə malik olmamalısınız.
  • Siz bütün lizinq ödənişlərini xərclərə aid edərək vergi bazasını azalda bilərsiniz.
  • Lizingin bütün dövrü ərzində əmlak Sizin balansınızda olur, lizinq müddəti bitdikdən sonra isə mülkiyyət hüququ Sizin adınıza keçir.
  • Lizinqdə olan əmlak üçün əmsalı 3-dən yuxarı olmayan tezləşdirilmiş amortizasiya tətbiq olunur, bu da lizinq ödənişləri tərkibində ödənilən əmlak vergisini əhəmiyyətli dərəcədə azaldır.

Bizim şirkətin üstünlüklərinə aşağıdakılar aiddir:

  • Bakının atosalonları və dilerləri ilə əməkdaşlıq proqramlarının yaradılması
  • Pareks Lizinq and Faktorinq şirkətinə müraciət etmiş şirkətin maliyyə vəziyyətinin pulsuz təhlili
  • zəmanətli məxfilik
  • fərdi menecment sistemi
  • bizim mütəxəssislər müştərilərin tələblərinə məsuliyyətlə və həssasliqla yanaşir və yaranan suallarin həllinə kömək etməyə həmişə hazirdirlar
  • sənədlərin rəsmiləşdirilməsinin sadələşdirilmiş və yadin qaydasi
  • qeyri-standart vəziyyətlərdə Müştərilərə daimi dəstək
  • xüsusilə sərfəli faiz şərtləri
  • müştərinin sifarişinin baxılması üçün komisyon haqqın olmaması
  • müştərilərimizin hər birinin tələbatına xüsusi yanaşma